PDF Oxu

Dünya

  • 14

Rumıniyada 21 nəfər daşqında həlak olub

Rumıniyada 21 nəfər daşqında həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 29-da Rumıniyanın şimali-şərqində baş vermiş daşqın nəticəsində ən azı 21 nəfər həlak olmuş, iki nəfər itkin düşmüşdür. Bir müddət əvvəl, 12 nəfərin həlak olduğu haqda məlumat verilirdi. Bir neçə min nəfər daşqın baş verən zonadan digər yaşayış məntəqələrinə evakuasiya edilmişdir. Xilasedicilik əməliyyatlarında minlərlə polis və yerli əhali iştirak edir. Həlak olanların əksəriyyəti yaşlı adamlardır. Onların bir çoxunu sel suları özü ilə aparmışdır. İki nəfəri isə ildırım vurmuşdur. Agentliyin məlumatına görə, ölkənin aran rayonlarında suyun dərinliyi bir metrə çatmışdır. İndiyədək regionda elektrik cərəyanı və dəmiryol xətləri bərpa edilməmişdir.

Digər xəbərlər