PDF Oxu

Dünya

  • 10

Türkiyə İraqın şimalına aviasiya zərbəsi endirib

Türkiyə İraqın şimalına aviasiya zərbəsi endirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkəyinin hərbi-hava qüvvələrinin İranın şimal yaşayış məntəqələrinə aviasiya zərbələri endirmişdir. Zərbələr, əsasən, İraq Kürdüstanının Ərbil şəhəri ətrafına endirilmişdir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, aviasiya zərbələri endirilmiş yaşayış məntəqələrində yanğınlar başlanmışdır. PKK nümayəndələrinin dediklərinə görə, Türkiyə və İraq şəhərlərində yaşayan köçəri kürdlər bombardmana məruz qalmışlar. Türkiyədə belə hesab edirlər ki, PKK terrorçuları İraq ərazisində muxtar əyalətdə möhkəmləndikdən sonra, Türkiyənin cənubi-şərqində də müstəqil dövlətlərini bərqərar etmək istəyirlər. 19-24 iyunda PKK terrorçuları 20 türk əsgərini və iki dinc əhalini qətlə yetirmişlər. Ölənlər arasında 17 yaşlı qız da olmuşdur. Bu hadisədən sonra Rəcəb Tayyib Ərdoğan PKK terrorçularını məhv edəcəyini bildirmişdir. Xatırladırıq ki, kürdlərlə hərbi konflikt 1984-cü ildən başlanmışdır. O vaxtdan etibarən 45 min nəfərə yaxın adam öldürülmüşdür.

Digər xəbərlər