PDF Oxu

Dünya

  • 10

Polis Kəşmir nümayişçilərini gülləbaran edib

Polis Kəşmir nümayişçilərini gülləbaran edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kəşmirin Hindistan hissəsində polisin nümayişçiləri güllələməsi nəticəsində bir nəfər həlak olmuş, üç nəfər yaralanmışdır. Sopori şəhərində keçirilmiş nümayiş iyunda qarşıdurma nəticəsində həlak olmuş altı dinc sakinin xatirəsinin yad edilməsi ilə əlaqədar təşkil edilmişdir. Etiraz aksiyasında 4000 nəfərə yaxın nümayişçi iştirak etmişdir. Hakimiyyət dairələrinin məlumatına görə, polis özünümüdafiə məqsədilə nümayişçilərə atəş açmışdır. Nümayişçilər bunkerlərini möhkəmləndirməyə cəhd etmiş və hücum edən polisi daşa basmışlar. Nəticədə ötən cümə günündən şəhərdə komendant saatı tətbiq edilmişdir. Buna səbəb iki gəncin əsgərlərin avtomobilinə hücum etməsi olmuşdur. Xatırladırıq ki, hücum zamanı hər iki gənc öldürülmüşdür. Əksəriyyətini müsəlmanlar təşkil edən Kəşmirdə Hindistan əleyhinə genişmiqyaslı çıxışlar 1989-cu ildən başlanmışdır. O vaxtdan etibarən şəhərdə Hindistan ordu hissələri dislokasiya olunmaqdadır. 1949-cu ildən etibarən Pakistan Hindistandan ayrılmışdır. Bundan sonra müsəlman separatçıları mütəmadi surətdə nümayişlər keçirirlər.

Digər xəbərlər