PDF Oxu

Dünya

  • 8

Küveytin müxalifətçi blogeri zəmanətlə azad edilib

Küveytin müxalifətçi blogeri zəmanətlə azad edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Küveyt məhkəməsi iyunun 28-də bloger, yazıçı və jurnalist Məhəmməd Əbdülqədir əl-Yassemi zəmanətlə azadlığa buraxmışdır. Xatırladırıq ki, əl-Yassem aprelin əvvəllərində həbs edilmişdir. Yazıçının qızı Summayinin dediyinə görə, atasının azadlığa buraxılması üçün 2000 dinar (6850 dollar) məbləğində zəmanət haqqı ödənilmişdir. Blogerin azadlığa buraxılması apellyasiya məhkəməsinə müraciətlərlə bağlı olmuşdur. İlkin məlumata görə, əl-Yassemin azadlığa buraxılması və onun sağlamlıq durumunun pisləşməsi ilə əlaqədar olmuşdur. Bloger aclıq elan etdikdən sonra, ürəyində müəyyən problemlər yaranmışdır. Aprelin 1-də əl-Yassem Küveytin baş naziri Nasser əl-Sabahın ünvanına böhtanlı məqalə dərc etdiyi üçün 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Blogerin vəkili apellyasiya məhkəməsinə 17 min dollar zəmanət ödədikdən sonra, əl-Yassem zəmanətlə azadlığa buraxılmışdır. Əl-Yassemin növbəti həbsi mətbuatda Küveyt əmiri Sabah əl-Sabahı təhqir etdikdən sonra mayın 11-də gerçəkləşdirilmişdir. Mayın 12-də bloger etiraz əlaməti olaraq aclıq aksiyası keçirmiş və bundan sonra qida və dərman qəbul etməkdən imtina etmişdir. Əl-Yassem özünün şəxsi internet saytında dəfələrlə Küveyt iqtidarını tənqid etmiş, əmirdən baş naziri istefaya göndərməyi tələb etmişdir. Bloger həbs edildikdən sonra "Sərhədsiz repartyorlar" təşkilatı onun müdafiəsinə qalxmışdır.

Digər xəbərlər