PDF Oxu

Dünya

  • 11

ABŞ Konqresi İran üzərinə tətbiq ediləcək nəzərdə tutulan sanksiyalara səs verib

ABŞ Konqresi İran üzərinə tətbiq ediləcək nəzərdə tutulan sanksiyalara səs verib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Konqresi İran əleyhinə yeni ticarət sanksiyası tətbiq etmişdir. Bu sanksiya, əsasən, İran İnqilab Keşikçiləri Korpusunu təchiz edən firmalar üzərinə qoyulacaqdır. İyunun 24-də səsvermə zamanı Nümayəndələr Palatasının 408 üzvü İran üzərinə tətbiq ediləcək yeni ticarət sanksiyasına səs vermişdir. Sankisiyaya səs verilməsi əleyhinə 8 konqresmen çıxmışdır. Bundan sonra Senat İran üzərinə tətbiq edilən əlavə sanksiyalar paketini yekdilliklə dəstəkləmişdir. ABŞ prezidenti Barak Obama onu imzaladıqdan sonra sənəd qanuni qüvvə kəsb edəcəkdir. Konqresdə demokratik çoxluq lideri olan Harri Rid, ABŞ-ın bu cür tədbirləri görməklə, bütün dünya kompaniyalarını İranla nüvə və hərbi sahələrdə əməkdaşlıq etməyə çağırdığını bildirmişdir. Onun dediyinə görə, bundan sonra İranla əməkdaşlıq edəcək hər bir firma ABŞ bazarlarından məhrum ediləcəkdir. ABŞ son dəfə İran üzərinə sanksiyasını birtərəfli qaydada iyunun 17-də tətbiq etmişdi. O vaxt bu sanksiya ABŞ ərazisində fəaliyyət göstərən İranın 30 kommersiya kompaniyası və fərdi şəxsləri üzərinə tətbiq edilmişdi.

Digər xəbərlər