PDF Oxu

Dünya

  • 13

Fransada hannibal 30 il müddətinə azadlıqdan məhrum edilib

Fransada hannibal 30 il müddətinə azadlıqdan məhrum edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 24-də Fransada Nikolay Koken məhkəmə tərəfindən 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsxanada olan həmin şəxs onunla kamerada birgə həbs cəzası çəkən həmkarını öldürüb, ağ ciyərinin bir hissəsini yemişdir. 38 yaşlı N.Kokenin qətldə suçlu olduğu öz təsdiqini tapmışdır. N.Koken günahını etiraf etmişdir. Müdafiə tərəfi isə hadisəni törətdiyi vaxt hannibalın ağlının üstündə olmadığını bildirmişdir. Qatilin dediyinə görə, həmin ərəfədə ona psixoloji yardım edilməsəydi, qətl hadisəsi baş verməzdi. İnsident 2007-ci ilin yanvarında Ruan şəhərinin həbsxanasında baş vermişdi. N.Koken kamera yoldaşı Terri Bodrini qayçı ilə öldürdüyünü, daha sonra isə onun ağ ciyərinin bir hissəsini pendirlə yediyini, digər hissəsini isə soğanla qarışdırıb qızartdığını bildirmişdir.

Digər xəbərlər