PDF Oxu

Dünya

  • 10

Kürd separatçıları üç Türkiyə vətəndaşını qətlə yetirib

Kürd separatçıları üç Türkiyə vətəndaşını qətlə yetirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin şərq hissəsindəki blokpostlardan birinə hücum edən kürd separatçıları üç nəfərin öldürülməsinə nail olmuşlar. Həlak olanların iki nəfəri hərbi qulluqçu, bir nəfəri isə dinc sakindir. Daha altı nəfər isə bədən xəsarəti almışdır. Onlardan üç nəfəri hərbi qulluqçu, üç nəfəri isə dinc sakinlər olmuşdur. Hücum edənlərin itki verməsi haqda məlumat verilmir. İnsident cümə axşamı Anadolu əyalətinin Elyazıq dairəsində baş vermişdir. Xatırladırıq ki, iyunun 4-də Kürdüstan Fəhlə Partiyası (PKK) separatçıları bir il ərzində davam edən sabitliyi pozmuş və birtərəfli qaydada atəşkəsin pozulması haqda bəyanat vermişlər. Bundan sonra onların Türkiyənin hərbi qüvvələri əleyhinə əməliyyatlarında fəallıqlar müşahidə edilməyə başlamışdır. Türkiyənin şərqində son bir neçə gün ərzində 19 nəfər hərbi qulluqçu və iki nəfər dinc sakin kürd separatçılarının qurbanına çevrilmişdir. 25 ildir ki, kürd separatçıları Türkiyənin şərqində özlərinin müstəqil dövlətlərini qurmağa cəhd edirlər. O vaxtdan etibarən konflikt nəticəsində ölənlərin sayı 40 min nəfərə çatmışdır.

Digər xəbərlər