PDF Oxu

Dünya

  • 12

70 min nəfərdən çox qaçqın Qırğızıstana qayıdıb

70 min nəfərdən çox qaçqın Qırğızıstana qayıdıb
"AKİ Press" Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 24-də Özbəkistan ərazisindən Qırğızıstana 70 min nəfərdən çox etnik özbək qaçqını qayıtmışdır. Onlar talanlar zamanı öz evlərini tərk etmişdilər.
Özbəklər və qırğızlar arasında qarşıdurma iyunun 11-nə keçən gecə baş vermişdir. Hadisədən bir neçə gün sonra gərginlik səngiməyə başlamışdır. Rəsmi məlumata görə, həmin vaxt 250 nəfərdən çox adam həlak olmuşdur. Qeyri-rəsmi məlumatlara görə isə, ölənlərin sayı qat-qat çoxdur.
Talanlardan sonra, YUNİSEF-in verdiyi məlumata görə, 100 min nəfərdən çox özbək qonşu Özbəkistan ərazisinə qaçmışdır. Onları xüsusi düşərgələrdə yerləşdirmiş, qida və dərman ləvazimatları ilə təmin etmişlər. Beynəlxalq təşkilatlar Özbəkistan və Qırğızıstana humanitar yardımlar göndərmişlər. "Trend"in məlumatına görə, Türkiyə bu respublikalara 40 tondan çox ərzaq və dərman ləvazimatları göndərmişdir. "Reqnum"un məlumatına görə, Rusiya hadisə yerinə 120 tonadək humanitar yardım daşımışdır.
Qırğızıstanda qalan özbəklər talan edilmiş və evləri yandırılmışdır. Qırğızıstanın yeni rəhbərliyi hadisənin baş verdiyi Oş və Cəlalabad şəhərlərinə 100 milyon dollar məbləğində yardım ayıracağını vəd etmişdir.
Qırğızıstan hökuməti qarşıdurmanı devrilmiş prezident Kurmanbek Bakiyevin tərəfdarlarının törətdiyini bildirir. K.Bakiyev isə ittihamları təkzib edir.

Digər xəbərlər