PDF Oxu

Dünya

  • 9

İran 17 kiloqram uranı zənginləşdirməyə nail olub

İran 17 kiloqram uranı zənginləşdirməyə nail olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İranın nüvə sahəsi üzrə mütəxəssisləri 17 kiloqram uran maddəsinin 20 faiz həddində zənginləşdirməyə nail olmuşlar. İranın atom enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehinin verdiyi bəyanata görə, təmsilçisi olduğu təşkilat ay ərzində beş kiloqram uranı 20 faiz həddində zənginləşdirməyə qadirdir. "Onsuz da, biz heç yerə tələsmirik" deyə Salehi bildirib. Salehi belə hesab edir ki, hazırda daha çox nüvə yanacağı istehsal etməyə xüsusi ehtiyac yoxdur. "Biz uran ehtiyatlarımızın hamısını 20 faiz həddində zənginləşdirməyə hazırlaşmırıq" deyə Salehi vurğulamışdır. Onun dediyinə görə, hazırda Tehranın "tibbi" reaktorunda həkimlərin onkoloji xəstəlikləri müalicə etmək üçün ay ərzində 1,5 kiloqram yanacaq lazım gəlir. London Beynəlxalq Strateji Təhqiqat İnstitutunun eksperti Mark Fitispatrik belə hesab edir ki, İranın nüvə bombası istehsal etməsi üçün 200 kiloqram 20 faiz həddində zənginləşdirilmiş uranı olmalıdır. İyunun 9-da NATO-nun Təhlükəsizlik Şurası İranın nüvə obyektlərinə münasibətdə növbəti sanksiyasını tətbiq etmişdir. Bundan sonra İran hökuməti növbəti dəfə uranı zənginləşdirməkdə davam edəcəyini bildirmişdir. İyunun 16-da İran hökuməti tədqiqat məqsədilə yeni nüvə reaktorunun tikintisinə başladığını bildirmişdir. Bundan başqa, iyunun 21-də İran hökuməti MAQATE-nin iki müfəttişini öz ərazisinə buraxmamışdır. Tehran rəsmiləri onları məxfi məlumatları açıqlamaqda ittiham edir.

Digər xəbərlər