PDF Oxu

Dünya

  • 9

11 sentyabr terror aktı yerində 72 cəsəd aşkar edilib

11 sentyabr terror aktı yerində 72 cəsəd aşkar edilib
"Dailu Mail"in iyunun 23-də yaydığı məlumata görə, Nyu-Yorkun hakimiyyət dairələri 2011-ci il 11 sentyabrda baş vermiş faciə yerində daha 72 nəfərin qalıqlarının aşkar edilməsi haqda bəyanat yaymışlar. Nəşr cəsədlərinin bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyini xəbər verir. Məlumata görə, cari ilin aprel və may aylarında Ümumdünya Ticarət Mərkəzinin ərazisi təmizlənərkən, haqqında söhbət gedən cəsədlər aşkar edilmişdir. Həmin vaxt göydələnin 600 kvadratmetrlik ərazisi təmizlənmişdir. Cəsədlərin 37-si bina fraqmentlərinin arasında tapılmış və qərb küçəsinə aparılmışdır. 11 sentyabr terror aktı nəticəsində həlak olanların cəsədlərinin axtarışı 2006-cı ildən başlanmışdır. O vaxt 1800 cəsəd tapılmışdır. Terror aktı nəticəsində ölənlərin sayı 2600 nəfərdən çox olmuşdur. Xatırladırıq ki, 2001-ci ilin 11 sentyabrında "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin qaçırdığı üç təyyarə Nyu-York Ümumdünya Ticarət Mərkəzinin göydələnlərinə və Pentaqona çırpılmışdı. Dördüncü təyyarə isə, Pensilvaniya ştatının Şenksvill şəhəri ərazisində yerə düşüb partlamışdır.

Digər xəbərlər