PDF Oxu

Dünya

  • 10

Çində terrorçuluq şəbəkəsi aşkarlanıb

Çində terrorçuluq şəbəkəsi aşkarlanıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin hakimiyyət dairələri genişmiqyaslı terrorçuluq şəbəkəsinin aşkar edildiyi haqda bəyanat vermişlər. Əməliyyatın təfərrüatı haqda yaxın vaxtlarda ictimai təhlükəsizlik nazirliyinin keçirdiyi mətbuat konfransında geniş məlumat veriləcəkdir. Jurnalistlər terrorçuluq şəbəkəsi ilə bağlı məlumatları bir il əvvəl Sintszyan-Uyğur muxtar rayonunda baş vermiş kütləvi qanun pozuntusu ilə əlaqələndirirlər. Məlum olduğu kimi, o vaxt 200 nəfərədək insan həlak olmuşdu. Qanun pozuntusunu separatçı silahlıların təşkil etdiyi bildirilmişdir. O vaxt qanun pozuntusu təşkilatçıları həbs edilmiş və haqlarında ölüm hökmü çıxarılmışdır. Çinin hakimiyyət dairələri dəfələrlə öz çıxışlarında bəyan etmişdilər ki, bu muxtar rayon terrorçuluq ocağıdır. Xatırladırıq ki, Sintszyan-Uyğur muxtar rayonu Əfqanıstan, Pakistan, Qırğızıstan və daha beş dövlətlə həmsərhəddir. Son vaxtlar terrorçuluq şəbəkəsi adı altında həbs edilən şəxslərin uyğur separatçılarının fəaliyyəti ilə əlaqədar olması haqda rəsmi məlumat yoxdur.

Digər xəbərlər