PDF Oxu

Dünya

  • 10

Finlandiya parlamenti ölkənin yeni baş nazirini seçib

Finlandiya parlamenti ölkənin yeni baş nazirini seçib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 22-də Finlandiya parlamenti keçirdiyi yığıncaqda yeni baş nazirin naimzədliyini təsdiq etmişdir. Bundan sonra Finlandiyanın baş naziri postunu əvvəllər administrasiya və bələdiyyələrin işi üzrə nazirliyə başçılıq edən Mari Kiviniyem tutacaqdır. 41 yaşlı M.Kiviniyem 2003-cü ildən etibarən mərkəzçi partiyada yüksək vəzifə postları tutmuş, 2010-cu ildə isə onun lideri seçilmişdir. Ölkənin əvvəlki baş naziri və sağ mərkəzçi koalisiyanın lideri Matti Vanhanen iyun ayında baş nazir postundan istefa vermişdir və partiya rəhbərliyini yanvar ayında tərk edəcəyini bildirmişdir. M.Vanhanen istefaya çıxmasının səbəbini payızda ayağı üzərində tibbi əməliyyatın keçiriləcəyi ilə izah etmişdir. Mətbuat isə onun bu qərarını qurşanmış olduğu korrupsiya qalmaqalı ilə əlaqələndirir. Həmkarları M.Kiviniyemin reputasiyasının yüksək olduğunu bildirsələr də, onda xarizmatikliyin çatışmadığını iddia edirlər. Xatırladırıq ki, M.Kiviniyemin mərkəzçi koalisiya elektoratı, başlıca olaraq, kənd əhalisindən ibarətdir. "Frans Press" M.Kiviniyemin Finlandiya nəşrlərindəki müsahibələrindən birində işlətdiyi ifadələri misal çəkir. Yeni baş nazirdən soruşduqda ki, hökumətə başçılıq etdikdən sonra neyləyəcəksən, o, Rusiyanın baş naziri Vladimir Putini Finlandiyaya dəvət edib, onunla maral ovuna çıxacağını bildirmişdir.

Digər xəbərlər