PDF Oxu

Dünya

  • 11

ABŞ hərbçiləri talibləri dəstəkləməkdə şübhəli bilinib

ABŞ hərbçiləri talibləri dəstəkləməkdə şübhəli bilinib
"Vaşinqton Post" qəzetinin, demokrat konqresmen Con Tirniyə əsaslanaraq, yazdığına görə, ABŞ Müdafiə Nazirliyinin Əfqanıstana ərzaq malları və silah göndərmək üçün ayırdığı pullar "Taliban" hərəkatını dəstəkləməyə yönəldilir. C.Tirninin dövlət təhlükəsizlik komitəsinə təqdim etdiyi məruzənin tam mətni "Vaşinqton Post" qəzetinin saytında yerləşdirilmişdir. Mətndə söhbət "Host Nation Trickind" adlanan təşkilatla bağlanılmış müqaviləyə əsasən, Əfqanıstandakı ABŞ hərbçiləri üçün müxtəlif ərzaq məhsulları və silahların ünvanına çatdırılmamasından gedir.
2,5 milyon dollar məbləğində müqavilə həm ABŞ, həm də Əfqanıstan firmaları ilə bağlanılmışdır. Bu yüklərin təhlükəsizliyinin təmin edilməsi üçün çox vaxt yerli mühafizə idarələrinin dəstəyinə arxalanılır. Ancaq bu idarələrin bir çoxu öz qazanaclarını "Taliban" hərəkatının maliyyələşdirilməsinə yönəldirlər.
C.Tirni bu cür hallara qarşı mübarizə aparmaq üçün yüklərin ABŞ-ın Müdafiə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təklif edir. Xatırladırıq ki, "Host Nation Trickind" müəssisəsi müqavilə əsasında ABŞ-dan Əfqanıstana göndərilən yüklərin 70 faizini daşıyır.

Digər xəbərlər