PDF Oxu

Dünya

  • 12

Mərakeşdə terrorçuluq şəbəkəsi aşkar edilib

Mərakeşdə terrorçuluq şəbəkəsi aşkar edilib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Mərakeşin hüquq-mühafizə orqanı əməkdaşları fələstinli liderin rəhbərliyi altında olan radikal islam qruplaşmalarının 11 üzvünü həbs etmişlər. Mərakeş hökuməti belə bir ehtimal irəli sürür ki, islamçılar Şimali Afrika ölkələrində terror aktları törətmək istəyirlər. Hakimiyyət dairələri həbs edilən şəxslərin tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bəyan edir. Əlcəzairin Daxili İşlər Nazirliyinin məlumatına görə, islamçılar təkfir qanunları ilə hərəkət edirlər. Bu o deməkdir ki, onlar vəhhabizm ideyalarını dəstəkləməyən müsəlmanları dini ideallara xəyanətdə ittiham edirlər. Son böyük terror aktı Mərakeşdə yeddi il əvvəl həyata keçirilmişdi. O vaxt ölkənin böyük şəhəri olan Kasablankada baş vermiş bir neçə terror aktı nəticəsində 45 nəfər həlak olmuşdu. Bu hadisələrdən sonra Mərakeş hökuməti ciddi təhlükəsizlik tədbirləri görməli oldu və islam təşkilatının bir çox tərəfdarlarını həbs etdi. Hazırda ölkə həbsxanalarında min nəfərdən çox islamçı saxlanılır. Bütün bu ciddi-cəhdlərə baxmayaraq, terror aktları törədilməkdə davam edir. 2007-ci ildə kamikadze Kasablankanın internet-kafesində törətdiyi partlayış nəticəsində üç nəfər bədən xəsarəti almışdır. Bundan sonra hökumətin apardığı təhqiqat nəticəsində 47 nəfər mühakimə edilmişdir.

Digər xəbərlər