PDF Oxu

Dünya

  • 10

İstanbulda hərbi hissə yaxınlığında partlayış törədilib

İstanbulda hərbi hissə yaxınlığında partlayış törədilib
"CNN Turk" telekanalının məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki hərbi hissə yaxınlığında partlayış törədilmişdir. İlkin məlumata görə, içərisində əsgərlər olan avtobus yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı üç nəfər həlak olmuşdur. Xəsarət alan bir neçə nəfər yerli xəstəxanalara çatdırılmışdır. Dörd nəfərin həlak olduğu məlum olsa da, rəsmi dairələr məlumatı təsdiq etmirlər. "Röyter" agentliyinin məlumatına görə, İstanbulda partlayış Türkiyə hərbi qüvvələrinin İraq sərhədində Kürdüstan Fəhlə Partiyası silahlıları ilə mübarizə aparmağa yola düşməsi ərəfəsində baş vermişdir. İstanbulda baş vermiş partlayış 2010-cu ildə birinci partlayış kimi qeydə alınmamışdır. Xatırladırıq ki, iyunun 8-də şəhərin Avropa hissəsində baş vermiş partlayış nəticəsində 15 nəfər polis əməkdaşı yaralanmışdır.

Digər xəbərlər