PDF Oxu

Dünya

  • 7

İsrail Qəzzanın blokadasını yüngülləşdirir

İsrail Qəzzanın blokadasını yüngülləşdirir
İsrail hökuməti iyunun 20-də Qəzza bölgəsinin blokadasını yüngülləşdirmək haqda rəsmi bəyanat qəbul etmişdir. "Yerusəlim Post" qəzetinin yazdığına görə, yaxın vaxtlarda Qəzza bölgəsinə daşınması qadağan ediləcək əşyaların siyahısı dərc ediləcəkdir. Sənəddə adları çəkilməyən material və yüklər maneəsiz olaraq, bölgəyə daşınacaqdır. Daşınması qadağan ediləcək şeylər siyahısında başlıca yeri silahlar və silahların hazırlanması üçün lazım olan avadanlıqlar nəzərdə tutulur. Burada həm mülki, həm də hərbi məqsədlər üçün işlədilən əşyaların da adı çəkilir. Qəzza bölgəsindəki tikintilər üçün nəzərdə tutulan materialların daşınması, məktəblərin və xəstəxanaların tikintisi beynəlxalq təşkilatların nəzarəti altında həyata keçiriləcəkdir. İsrail hökuməti Qəzzaya giriş və çıxışı sadələşdirmək imkanını da nəzərdən keçirir. Bununla yanaşı, Qəzza bölgəsinin dəniz blokadası toxunulmaz olaraq qalacaqdır. Bu məqsədlə bölgəyə yaxınlaşan gəmilər Aşdod limanına gətirilərək yoxlanılacaqdır. Blokadanın yüngülləşdirilməsi haqda qərar iyunun 17-də qəbul edilmişdir. Qəzza bölgəsinin blokadası 2007-ci ildə "HƏMAS" hərəkatı bölgədə nəzarəti öz üzərinə götürdükdən sonra başlanmışdır. Bundan sonra beynəlxalq ictimaiyyət İsrail hökumətinin bu qərarını dəfələrlə kəskin surətdə tənqid etmişdir. 2010-cu ilin mayında İsrailin xüsusi xidmət dəstəsi Qəzza bölgəsinə humanitar yük aparan "Azadlıq Donanması" gəmisinə hücum edib, onun 9 fəalını qətlə yetirmişdir.

Digər xəbərlər