PDF Oxu

Dünya

  • 13

Kaçinski və Komorovski prezident postu uğrunda mübarizə aparacaq

Kaçinski və Komorovski prezident postu uğrunda mübarizə aparacaq
"Frans Press" informasiya agentliynin yaydığı məlumata görə, Polşada keçirilən prezident seçkilərində Bronislav Komorovski liderlik edir. Seçiclərin 40,7 faizi məhz ona səs vermişdir. İkinci yerdə gedən Yaroslav Kaçinski 35, 8 faiz seçici səsi qazanmışdır. Polşa qanunverciliyinə əsasən, prezident seçkilərində qalib gəlmək üçün hər bir namizəd mümkün 50 faiz seçici səsi qazanmalıdır. Namizədlərdən heç biri mümkün səs faizi qazanmadığından, güclərini ikinci turda sınamalı olacaqlar. İkinci tura B.Komorovski və keçmiş Polşa prezidenti Lex Kaçinskinin əkiz qardaşı Y.Kaçinski çıxmışdır. İyunun 20-də keçirilmiş prezident seçkilərinin birinci turunda 10 namizəd iştirak etmişdir. Polşada növbədənkənar prezident seçkilərinin keçirilməsi, Lex Kaçinski Rusiya ərazisində təyyarə qəzasında həlak olduqdan sonra, təyin edilmişdir. Hələlik, seçkilərin ikinci turunun vaxtı müəyyənləşdirilməmişdir.

Digər xəbərlər