PDF Oxu

Dünya

  • 14

Rusiya, ABŞ və AB-nin birtərəfli qaydada İran üzərinə sanksiya qoymasını ittiham edib

Rusiya, ABŞ və AB-nin birtərəfli qaydada İran üzərinə sanksiya qoymasını ittiham edib
Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 17-də birtərəfli qaydada İran üzərinə yeni sanksiya tətbiq etməsindən narazılığını bildirmişdir. Rusiya XİN-in rəsmi şərhində deyilir ki, Rusiya tərəf Vaşinqtonun tətbiq etdiyi sanksiyaları qəbuledilməz hesab edir və bu sanksiyaların tətbiqini BMT-nin Təhlükəsizlik Şurası formatında "altılığ"ın birgə iş prinsiplərinə uyğun gəlmədiyini bildirir.
Bəyanatda deyilir ki, ABŞ-ın növbəti dəfə İrana münasibətdə sanksiya tətbiq etməsi BMT TŞ-nin Tehrana münasibətdə sanksiya tətbiq etməsi yönündəki vahid sistemi bərbad hala salır. Rusiya ABŞ-ın atdığı bu addımla Vaşinqtonun və Avropa Birliyinin Moskva ilə əməkdaşlıq münasibətlərinə kölgə saldığı ehtimalını irəli sürür.
"Frans Press" agentliyi ABŞ-ın müdafiə naziri Robert Geytsin Rusiyanın münasibətinə şərh verdiyini bildirir. ABŞ-ın müdafiə naziri Rusiyanın İranın nüvə proqramına münasibətini lşizofrenik hal" kimi qiymətləndirmişdir. R.Geyts bildirmişdir ki, Rusiya bir tərəfdən İranın nüvə proqramında təhlükəsizliyi təhdid edən hallar gördüyü halda, digər tərəfdən Tehranla nüvə texnologiyası və silah satışı sahəsində ticarət əməkdaşlığını gücləndirmək istəyir.
Xatırladırıq ki, Vaşinqton İranın daha 30 kompaniyası və fərdi şərtlərinə münasibətdə yeni sanksiyalar tətbiq etmişdir. Bununla yanaşı, Avropa Birliyi xarici işlər nazirlərinin başçısı Tehrana münasibətdə əlavə məhdudlaşdırıcı sanksiyalar paketi tətbiq etmişdir. ABŞ və AB-nin bu sanksiyaları, əsasən, maliyyə əməliyyatlarının məhdudlaşdırılmasına yönəldilmişdir. BMT-nin Təhlükəsizlik Şurası İrana münasibətdə son sanksiyasını iyunun 9-da tətbiq etmişdi. Rusiya Böyük Britaniya, Fransa, ABŞ və Çinlə birlikdə bu sanksiyanın lehinə səs vermişdi.

Digər xəbərlər