PDF Oxu

Dünya

  • 6

Yanukoviç seçkilərin məhsul yığımı ərəfəsində başlanacağını bildirib

Yanukoviç seçkilərin məhsul yığımı ərəfəsində başlanacağını bildirib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç yerli hakimiyyət orqanlarına seçkilərin oktyabrın 31-də keçiriləcəyini bəyan etmişdir. "Həmişə bu cür dövlət tədbirlərinin payızda keçirilməsini düzgün hesab edirəm. Seçkilərin məhsul yığımından sonra qış ərəfəsində keçirilməsi daha münasibdir" deyə Ukrayna prezidenti bildirmişdir. O, qeyd etmişdir ki, Ukrayna Konstitusiyasına müvafiq olaraq, səsvermə 2010-cu ilin axırlarınadək davam edəcəkdir. V.Yanukoviçin dediyinə görə, seçkilər qarışıq sistemlə - bir hissəsi majoritar qaydada, digər hissəsi isə partiya siyahısı üzrə keçiriləcəkdir. Əvvəllər yerli orqanlara seçkilərin mayın 30-da keçiriləcəyi nəzərdə tutulmuşdu. Ancaq bu müddət Ali Rada tərəfindən təxirə salınmışdır. Deputatların əksəriyyəti belə hesab edirdilər ki, ölkə qanunçuluğunun qeyri-kamilliyi və büdcə çatışmazlığı seçkilərin keçirilməsini şübhə altına alır. Müxalifət bu təklifi qəbul etməsə də, daha ağlabatan təklif irəli sürə bilməmişdir.

Digər xəbərlər