PDF Oxu

Dünya

  • 11

Texas hərbi bazasında 17 əfqan yoxa çıxıb

Texas hərbi bazasında 17 əfqan yoxa çıxıb
"Fox Nyus" nəşrinin yazdığına görə, Texas hərbi bazasında ingilis dili öyrənən 17 nəfər Əfqanıstan hərbçisi yoxa çıxmışdır. Əfqanların təlim keçdikləri Lakland aviabazasının nümayəndəsi hərbçilərin xidmət müddətini son üç ayda yox, iki il ərzində başa çatdırdıqlarını bildirmişdir. Ancaq Texasın hakimiyyət dairələrinin nə səbəbə əfqanların itkin düşmələri haqda indi bəyanat vermələri təəccüb doğurur. Əfqanıstan hərbçiləri ABŞ Müdafiə Nazirliyinin Dillər institutunda tədris kursu keçirdilər ki, bu da Lakland aviabazasında yerləşir. Bu kurslarda pilotların uçuş təlimləri keçirilir. Təlim keçmək üçün buraya 17 nəfər Əfqanıstan hərbçisi də gətirilmişdir. "Fox Nyus" nəşrinin yazdığına görə, ABŞ-ın Müdafiə Nazirliyi bu cür halların əvvəllər də baş verdiyini bildirmiş və bunun ölkənin milli təhlükəsizliyini təhdid etmədiyini vurğulamışdır. Mənbənin məlumatına görə, kurslardan qaçan müdavimlərin başlıca istəyi ABŞ-da yaşamaqdır.

Digər xəbərlər