PDF Oxu

Dünya

  • 13

Fransada 15 nəfər daşqının qurbanına çevrilib

Fransada 15 nəfər daşqının qurbanına çevrilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransanın cənubi-şərqində yerləşən Var departamentində baş vermiş güclü daşqın nəticəsində 15 nəfər həlak olmuş, 10 nəfərdən çox adam itkin düşmüşdür. "Le Parisien" qəzetinin yazdığına görə, yalnız bir Darginyan məntəqəsində 6 nəfər daşqının qurbanına çevrilmişdir. Var departamentinin yaşayış məntəqələrində küçələr su altında qalmışdır. Avtomobillər və ağaclar sel dalğaları ilə üz-üzə qalmışdır. 1200 nəfərdən çox yerli əhali öz evini tərk etməyə məcbur olmuşdur. Əhalinin bir çoxu vertolyotlar vasitəsilə evlərinin damlarından götürülmüşdür. On minlərlə əhali işıqsız qalmışdır. Regionda dəmir yolu nəqliyyatı və təyyarələrin hərəkəti dayandırılmışdır. Meteoroloqlar yaxın günlərdə leysan yağışlarının yağacağından ehtiyat edirlər. Onlar yaxın sutkalar ərzində 40-50 millimetr yağıntının olacağını proqnozlaşdırırlar. Regionda suyun səviyyəsi 150-200 millimetrə çatmış, departamentin bəzi hissələrində isə 380 millimetrə qalxmışdır.

Digər xəbərlər