PDF Oxu

Dünya

  • 13

Mladiçin ailəsi məhkəmədən qohumlarının öldüyünü təsdiq etməyi tələb ediblər

Mladiçin ailəsi məhkəmədən qohumlarının öldüyünü təsdiq etməyi tələb ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, bəşəriyyət əleyhinə cinayətlər törətdiyi üçün Haaqa Tribunalı tərəfindən beynəlxalq axtarışda olan keçmiş Serbiya ordusunun generalı Radko Mladiçin qohumları iyunun 16-da Belqrad Məhkəməsinə müraciət edərək, qohumlarının ölməsinin rəsmi surətdə tanımasını tələb etmişlər. Ailənin vəkili Miloş Saljiçin dediyinə görə, R.Mladiçin qohumları uzun illər ərzində generalı bir dəfə də olsun görməmişlər. Vəkilin dediyinə görə, R.Mladiç son vaxtlar ağır xəstə olduğundan, indiyədək xüsusi tibbi yardımsız yaşaya bilməzdi. Ancaq agentlik qeyd edir ki, qohumlarının generalın ölümünü təsdiq etdirməsi serb hökumətinin güclənməkdə olan şübhələrinin azaldılmasına yönəldilən taktiki gediş ola bilər. Buna görə də, Haaqa Tribunalı R.Mladiçin axtarışının davam etdirildiyini bildirmişdir. Beynəlxalq Məhkəmə R.Mladiçi 1995-ci ildə 8 min nəfərdən çox Bosniya müsəlmanının ölümündə ittiham edir. Çünki həmin vaxt general Serbiya Respublikasının Bosniya ordusuna komandanlıq edirdi. R.Mladiç 1996-cı ildən etibarən istintaqdan yayınmaqdadır.

Digər xəbərlər