PDF Oxu

Dünya

  • 9

Merkel və Sarkozi Ümumavropa iqtisadi hökumətinin yaradılmasına razılıq verib

Merkel və Sarkozi Ümumavropa iqtisadi hökumətinin yaradılmasına razılıq verib
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikolya Sarkozi Almaniyada keçirilən prinsipial danışıqlarda Avropa Birliyinə daxil olan 27 ölkə üçün Ümumavropa iqtisadi hökumətinin yaradılması məsələsində razılığa gəlmişdir. Danışıqlar Avropa Birliyinə daxil olan 27 ölkə yox, 16 Avropa zonasına daxil olan Avropa Birliyi ölkəsinin fövqalədə iştirakı ilə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla da, Almaniya və Fransa Ümumavropa iqtisadi siyasət sahəsində aralarında olan narazılığı aradan qaldırmağa nail olmuşlar.
"Tagesschau" nəşrinin qeydinə görə, bir çox müşahidələr bu halı franko-alman Avropa tandeminin dirçəlişi kimi qəbul etmişlər. Bir müddət əvvəl, Almaniya ilə Fransa arasında yaranan soyuq münasibət iyunun 7-də Merkel və Sarkozi arasında danışıqların təxirə salınması ilə nəticələnmişdir.
Fransa və Almaniya arasında Ümumavropa iqtisadi hökumətinin yaradılması məsələsində prinsipial cəhətdən müxtəlif mövqelər ortaya qoyulmuşdur. N.Sarkozi təklif etmişdir ki, 16 Avropa Birliyinə üzv ölkədən adminstrasiya strukturuna və xüsusi katibliyə malik yeni hökumət yaradılsın.
A.Merkel isə bu cür "yeni institutların" yaranması əleyhinə olduğunu bildirmişdir. Onun fikrincə, bu iqtisadi hökumətin tərkibinə yalnız Avropa zonasına daxil olan 16 ölkə yox, Avropa Birliyinin 27 ölkəsinin hamısı daxil edilsin. A.Merkel belə hesab edir ki, gələcək hökumət "birinci və ikinci dərəcəli iştirakçıya bölünməməlidir".

Digər xəbərlər