PDF Oxu

Dünya

  • 11

Sarkozi Merkelin iqtisadi proqramını tənqid edib

Sarkozi Merkelin iqtisadi proqramını tənqid edib
"Şpigel" qəzetinin yazdığına görə, Fransa prezidenti Nikolya Sarkozi Angela Merkel hökuməti tərəfindən qəbul edilmiş genişmiqyaslı iqtisadi proqramı tənqid atəşinə tutmuşdur. Almaniya iqtisadçılarının ehtimallarına görə, bu proqram 2004-cü ildə ölkə büdcəsinə 80 milyard avro gətirə bilər.
"Şpigel" Fransanın "Fiqaro" qəzetində N.Sarkozinin dərc etdirdiyi məqaləyə əsaslanmışdır. Nazirlər Kabinetinin yığıncağını keçirən N.Sarkozi almanların ağlabatan hesab etdikləri iqtisadi proqramın iqtisadi resessiyalara aparıb çıxaracağını bildirmişdir. Fransa prezidentinin fikrincə, A.Merkel bu ideyasını gerçəkləşdirmək üçün dörd il ərzində maliyyə sektorunun ölkə büdcəsinə 2 milyard avro keçirə bilməyəcəkdir.
Bir müddət əvvəl, Almaniyanın bu proqramını Patrik Devecyan tənqid etmişdir. Bu şəxs Fransanın baş nazirliyində antiböhran planının iqtisadi dirçəlişi ilə məşğuldur. Onun dediyinə görə, Fransa Almaniyanın nümunəsindən istifadə etməyəcək və iqtisadiyyata nəhəng ölçülü məbləğlər tətbiq etməyəcəkdir. Mütəxəssisin fikrincə, bu hal Fransanın iqtisadi yüksəlişini yavaşıda bilərdi. Bu fikir ayrılığından sonra, A.Merkel N.Sarkozi ilə bazar ertəsinə təyin edilmiş Berlin görüşünü təxirə salmışdır.
Merkel hökumətinin iyunun 7-də qəbul etdiyi bu proqram ölkə daxilində həm müxalifət, həm də mühafizəkar düşərgə nümayəndələrinin kəskin tənqid hədəfi olmuşdur. Başlıca narazılıq ölkə rəhbərliyinin iqtisadiyyatın bütün ağırlığını əhalinin yoxsul və işsiz təbəqəsinin üzərinə qoyması olmuşdur. Proqramın "sosial disbalans" bölümündə göstərilir ki, işsizlərə müavinətlər verilməsə və körpələrə dövlət ödənci ödənilməsə, hökumət 30 milyard avro məbləğində sosial ödənci ixtisar edə bilər.

Digər xəbərlər