PDF Oxu

Dünya

  • 10

ABŞ-da 400 nəfərdən çox Meksika narkobaronu xidmətçisi həbs edilib

ABŞ-da 400 nəfərdən çox Meksika narkobaronu xidmətçisi həbs edilib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın güc sturkturları ölkə ərazisində fəaliyyət göstərən narkotika ticarətçiləri əleyhinə genişmiqyaslı əməliyyat keçirmişlər. ABŞ-ın 16 ştatında aparılan əməliyyat nəticəsində 429 nəfər narkobizneslə əlaqəli olan şəxs həbs edilmişdir. Onlardan 1,5 kiloqram marixuana, 100 kiloqramdan çox kokain, həmçinin, 141 ədəd silah və 5,8 milyon dollar nağd pul müsadirə edilmişdir. Həbs edilənlərin əksəriyyəti üzərinə narkotikanı saxlamaq, yaymaq və çirkli pulların yuyulması ilə məşğul olmaq ittihamı irəli sürülmüşdür. ABŞ Meksika hökuməti ilə birgə narkotika ticarətçiləri ilə mübarizə kampaniyasına 2008-ci ildən başlamışdır. O vaxtdan etibarən, keçirilən əməliyyat nəticəsində həm ABŞ, həm də Meksika tərəfindən 2 min nəfərdən çox adam həbs edilmiş və onlardan 154 milyon dollar götürülmüşdür. Başlıca zərbə Meksikanın "Beltran Leyva", "Xuares" və "Sinaloa" narkotika müəssisələrinə vurulmuşdur. Burada istehsal edilən narkotika məhsulları ABŞ-a ixrac edilirdi. "Assoşieyted Press"in məlumatına görə, ABŞ-ın bir çox ştatlarında narkotika ətrafında cərəyan edən qruplaşmaların özəkləri tamamilə məhv edilmişdir.

Digər xəbərlər