PDF Oxu

Dünya

  • 8

Obama Fələstinə 400 milyon dollar yardım göndərəcəyini vəd edib

Obama Fələstinə 400 milyon dollar yardım göndərəcəyini vəd edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Qəzza bölgəsinin sakinlərinə yardım məqsədilə 400 milyon dollar ayıracağını vəd etmişdir. Ayrılan məbləğ yaşayış evlərinin və məktəblərin tikintisinə sərf ediləcəkdir. B.Obama bu bəyanatını Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşdükdən sonra yaymışdır. Söhbət əsnasında B.Obama Yaxın Şərq konfliktinin həllində iştirakını davam etdirəcəyini bildirmişdir. ABŞ prezidentinin fikrincə, bu sahədə uğur qazanmaq cari ilin axırlarında müşahidə edilməyə başlayacaqdır. B.Obama İsraili BMT TŞ-nin tələblərinə cavab verməyə və ölkənin xüsusi təyinatlı dəstəsinin "Azadlıq Donanması"na endirilməsi insidentinin təhqiqatını aparmağa çağırmışdır. Mahmud Abbas, öz növbəsində, ABŞ prezidentindən xahiş etmişdir ki, regionda konfliktin dinc yolla nizamlanması üçün qəti qərarlar qəbul etsin. Fələstin prezidenti İsraili Qəzzanın üç illik blokadasını götürməyə çağırmışdır.

Digər xəbərlər