PDF Oxu

Dünya

  • 10

Çeçenistanda 10 silahlı məhv edilib

Çeçenistanda 10 silahlı məhv edilib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Çeçenistanda keçirilmiş hərbi əməliyyat nəticəsində 10 silahlı məhv edilmişdir. Əməliyyat iyunun 8-də keçirilmişdir. Bandit qrupunun başçısının şəxsiyyətini müəyyən etmək mümkün olmuşdur. Bu adam Rusiya ərazisində hərbçilər və dinc əhali əleyhinə bir neçə cinayət törətmiş İordaniya vətəndaşı Yasir Amarat olmuşdur. Mənbənin məlumatına görə, silahlılar meşə massivində aşkar edilmiş və intensiv atəşlə məhv edilmişlər. Bundan əvvəlki böyük hərbi əməliyyat 9 May Qələbə Günündə terrorçuluq aktları törətməyə hazırlaşan bandit dəstəsinə qarşı keçirilmişdir. İyunun 8-də öldürülən 23 yaşlı Xasavyurt şəhəri sakini İslam Yakubovun üzərində içərisində partlayıcı qurğu gizlədilmiş "şəhid kəməri" aşkar edilmişdir.

Digər xəbərlər