PDF Oxu

Dünya

  • 14

Əfqanıstanda toy mərasimi zamanı 39 nəfər həlak olmuşdur

Əfqanıstanda toy mərasimi zamanı 39 nəfər həlak olmuşdur
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 9-da Əfqanıstanın Qəndəhar şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində ən azı 39 nəfər həlak olmuş, 73 nəfər yaralanmışdır. Yerli administrasiya nümayəndəsinin dediyinə görə, hadisənin baş verdiyi ərazidə bir neçə nəfərin cəsədi tapılmadığından, partlayışın qurbanlarının sayı arta bilər. Belə ehtimal olunur ki, partlayışı kamikadze törətmişdir. "BBC Nyus" agentliyi partlayışın iyunun 9-da yerli vaxtla saat 21.30-da Əfqanıstanın Ərqəndab bölgəsində baş verdiyini bildirmişdir. Məlum olduğu kimi, yaxın günlərdə beynəlxalq koalisiya qüvvələri Qəndəharda "Taliban" hərəkatı döyüşçülərinin məhv edilməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyat keçiricəklər. NATO komandanlığı avqustun 11-dək, yəni Ramazan bayramınadək Qəndəharın mərkəzi şəhərini rəsmi Əfqanıstan hökumətinin nəzarəti altına qaytarmağı planlaşdırır. "Taliban" hərəkatı üzvləri də NATO qoşunları əleyhinə silahlı qarşıdurmanı fəallaşdırmağa başlamışlar. İyulun 8-də taliblərin NATO-nun avtokolonuna hücumu zamanı beynəlxalq koalisiya qüvvələrinin 9 əsgəri öldürülmüşdür.

Digər xəbərlər