PDF Oxu

Dünya

  • 15

BMT TŞ-sı İran əleyhinə sanksiyanın vaxtını müəyyənləşdirib

BMT TŞ-sı İran əleyhinə sanksiyanın vaxtını müəyyənləşdirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyanın səsvermə məsələsi iyunun 9-da Nyu-York vaxtı ilə saat 10:00-a təyin edilmişdi. ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Süzan Raysın dediyinə görə, söhbət "həcmli" və "mahiyyətcə təsiredici" sanksiyaların İrana təsirindən gedir.
Onun dediyinə görə, ABŞ İran problemində ikitərəfli yanaşma tərəfdarıdır: iqtisadi sanksiyaların köməyi ilə təzyiq edilir və eyni vaxtda danışıqlar aparılır. ABŞ-ın dövlət katibi Hillari Klintonun dediyinə görə, BMT Təhlükəsizlik Şurasının hazırladığı sanksiyalar indiyədək olan qadağalardan daha ciddi təsir bağışlayacaqdır.
Almaniya və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin tərəfindən hazırlanan əsasnamə layihəsinin əksər səs çoxluğu ilə qəbul edilməsinə heç bir şübhə yoxdur. BMT rəsmiləri belə iddia irəli sürürlər ki, əsasnamə layihəsinə 15 şura üzvündən ən azı 9 nəfəri səs verəcəkdir. "BBC Nyus" agentliyinin məlumatına görə, Tehran rəsmiləri sanksiyanın qəbul ediləcəyi təqdirdə, danışıqları dayandıracaqlarını bildirmişlər. Bir müddət əvvəl, İran prezidenti Mahmud Əhmədinejad Rusiyanı "İran düşmənlərinin" tərəfinə keçməməyə çağırmışdır.

Digər xəbərlər