PDF Oxu

Dünya

  • 5

Çində altı hakimin üzərinə kükürd turşusu səpiblər

Çində altı hakimin üzərinə kükürd turşusu səpiblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Çin əyaləti olan Quansinin arenda məsələsinə aid məhkəmə işinə baxılarkən altı hakimin üzərinə kükürd turşusu səpilmişdir. Bu əməlin icraçıları məhkəmədə cavabdeh qismində olan ailə cütlüyü olmuşdur. Onlar hakimlərin üzərinə kükürd turşusunu qəflətən səpələmişlər. Nəticədə məhkəmə kollegiyası üzvlərindən iki nəfəri üçüncü dərəcəli ciddi yanıq almışdır. Həkimlərin dediklərinə görə, onların hər ikisi bir gözlərini itirə bilərlər. Hakimlərin üzərinə kükürd turşusu atmış Çen Xunşen və Lü Fentszyan həbs edilmişdir. Polis cinayətin motivini axtarır. Son vaxtlar bu cür hücumlar Çində tez-tez müşahidə edilməkdədir. Son bu cür hadisə iyunun 1-də Xunan əyalətinin banklarından birində baş vermişdir. Bankda mühafizəçi işləyən bir kişi əlində pulemyot və iki tapança məhkəmə zalına girərək, hakimlərdən üçünü güllələdikdən sonra, özünü də öldürmüşdür. Ətrafda dayanan daha üç nəfər bədən xəsarəti almışdır. Bu yolla hücum edən şəxs ona 20 min yuana (2900 dollara) başa gəlmiş boşanmaya öz etirazını bildirmişdi.

Digər xəbərlər