PDF Oxu

Dünya

  • 10

Almaniya prezidentliyinə üçüncü namizəd jurnalistdir

Almaniya prezidentliyinə üçüncü namizəd jurnalistdir
"DW-WORLD"un məlumatına görə, Almaniyanın Federal Prezidenti postunu "Sollar" Partiyasının namizədi, 74 yaşlı Bundestaq deputatı Lukretsiya "Lük" Yoximsen olmuşdur. O, "Sollar" fraksiyasında mədəniyyət və kütləvi informasiya vasitələri məsələləri ilə məşğuldur.
Yoximsen 1975-1985-ci illərdə Almaniyanın "Panorama" siyasi telejurnalının baş redaktoru işləmişdir. 1985-1988-ci illərdə o, Londonda ilk alman ictimai-hüquqi televiziyasının (ARD) müxbiri olmuşdur. 1991-1993-cü illərdə isə Yoximsen ARD-nin London bürosuna başçılıq etmişdir. Nəhayət, o, 1994-2001-ci illərdə "Gessen" teleradio kompaniyasının baş redaktoru olmuşdur.
L.Yoximsen 2002-ci ildə Demokratik Sosializm Partiyasının (DSP) Bundestaq namizədi seçkilərində iştirak etmişdir. DSP 1990-cı ildə Almaniya Demokratik Respublikasının (ADR), Vahid Sosialist Partiyası (VSP) bazası əsasında yaradılmışdır. 2007-ci ildə DSP "Əmək və Sosial Ədalət Uğrunda Seçki Təşəbbüsü" (WASG) və "Sollar" Partiyaları ilə birləşmişdir.
Almaniyada iyulun 30-na təyin edilmiş prezident seçkilərində L.Yoximsenin rəqibləri Almaniya Sosial-Demokratik Partiyasından və "Yaşıllar"dan müxalifət namizədi İohim Qauk, iqtidar koalisiyasından isə Kristian Vulf olacaqdır.  Almaniyanın indiki prezidenti Xorst Keler mayın 31-də istefaya çıxmışdır. Onun istefasının səbəbi Əfqanıstandakı alman ordusunun rolu haqda sərt tənqidi qeydləri ilə əlaqədar olmuşdur. O, demişdir ki, Almaniya xaricdəki iqtisadi maraqlarını hərbi metodlarla qorumaqda haqlıdır.

Digər xəbərlər