PDF Oxu

Dünya

  • 18

Əhmədinejad Rusiyaya onun düşmənlərini dəstəkləməməyi məsləhət görüb

Əhmədinejad Rusiyaya onun düşmənlərini dəstəkləməməyi məsləhət görüb
İyunun 8-də "Haaretz" qəzetinin yazdığına görə, İran prezidenti Mahmud Əhmədinejad Rusiyaya BMT-nin iqtisadi sanksiyaların sərtləşdirilməsi məsələsi üzrə səsvermə zamanı "İran xalqının düşmənlərini" dəstəkləməməyi məsləhət görmüşdür. M.Əhmədinejadın bu bəyanatı İstanbulda keçirilən Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq üzrə Yığıncaqda səslənmişdir. Xatırladırıq ki, həmin sammitin gedişində Rusiyanın baş naziri Vladimir Putin də iştirak edirdi.
İran prezidentinin narahatlığı Rusiya prezidenti Dmitri Medvedevin işlətdiyi belə bir ifadə ilə əlaqədardır. Yaxın günlərdə Rusiya prezidenti beynəlxalq ictimaiyyətin narahatlığına məhəl qoymayan İranın nüvə proqramını inkişaf etdirəcəyi təqdirdə, bu ölkəyə münasibətdə yeni sanksiyaların tətbiqinə müsbət yanaşacağını bəyan etmişdi. İyunun 7-də İran vitse-prezidentlərindən birisi olan Məhəmməd Rza Mirtacəddin D.Medvedevin mövqeyini tənqid edərək, yeni sanksiyaların Rusiyaya ziyan gətirəcəyini bildirmişdir. BMT İrana münasibətdə yeni sanksiyaları ABŞ və Fransanın təklifi ilə bu ilin martında qəbul etmişdi. "Haaretz"in yazdığına görə, ABŞ-ın iyunun 5-də təkmilləşdirdiyi əsasnamə layihəsi BMT-nin Təhlükəsizlik Şurasında 48 saat ərzində səsvermədən keçirilməlidir.

Digər xəbərlər