PDF Oxu

Dünya

  • 13

Professional Miçiqan qatili ədalət məhkəməsi ilə sövdələşməyə gedib

Professional Miçiqan qatili ədalət məhkəməsi ilə sövdələşməyə gedib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, 29 yaşlı Miçiqan sakini 8 nəfəri qətlə yetirdiyini etiraf etmişdir. Onu bu cür etirafa ədalət məhkəməsi sövq etmişdir. Cinayətkar bu cür sövdələşməyə görə, minimal cəza-50 il azadlıqdan məhrumedilmə cəzası alacaqdır. Vinsent Smozers 2008-ci ilin aprelində qətl ittihamı ilə həbs edilmişdir. İstintaq zamanı o, 8 nəfəri qətlə yetirdiyini bildirmiş, 3 nəfərə atəş açsa da, onların ölmədiyini demişdir. O vaxt 27 yaşı olan Smozers "Harada işləyirsən" sualına "Heç bir sənətim yoxdur, pul alıb adam öldürürəm" cavabını vermişdir. Cinayətkar iki il ərzində bu yolla 60 min dollar qazanmışdır. Cinayətkarın dediyinə görə, onun öldürdüyü qurbanların 8 nəfərindən 7-si Detroytun cinayətkar qruplaşma üzvlərindən olmuşdur. 8-ci şəxs Smozersin pulla qətlə yetirdiyi yerli polislərdən birinin arvadı olmuşdur. Cinayətkar sifarişçinin arvadın əri olduğunu bildirmişdir. Hadisə açıqlandıqdan sonra polis özünə qəsd etmişdir. V.Smozersin məhkəməsi iyunun 24-də başlayacaqdır. Cinayətinin sübuta yetiriləcəyi təqdirdə, onu 50 ildən 100 ilədək cəza gözləyə bilərdi. İstintaqla əlaqəyə girdiyi üçün onun cəzası yüngülləşdirilərək, 50 ilə endiriləcəkdir. Odlu silahdan istifadə etdiyinə görə, ona əlavə 2 il həbs cəzası veriləcəkdir. O, azadlığa 80 yaşında çıxacaqdır.

Digər xəbərlər