PDF Oxu

Dünya

  • 14

İstanbulda polis avtobusu partladılıb

İstanbulda polis avtobusu partladılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İstanbulda polis mikroavtobusun partladılması nəticəsində 15 nəfər yaralanmışdır. Partlayış səhər saatlarında şəhərin Avropa hissəsində Kiçikçəkməcə gölü yaxınlığında baş vermişdir. Terrorçuların hədəfi polis əməkdaşlarını işə aparan mikroavtobus olmuşdur. Avtobusa qoyulmuş partlayıcı qurğu mikroavtobus yerli xəstəxana yaxınlığından keçərkən işə düşmüşdür. Polis əməkdaşlarının dediklərinə görə, avtobusa yol kənarında bərkidildiyi ehtimal edilən partlayıcı qurğu məsafədən idarə olmuşdur. Yaralananların əksəriyyəti polis əməkdaşları olsalar da, yoldan təsadüfən keçənlər də bədən xəsarəti almışlar. Yaralananlardan iki nəfəri qəlpə yaraları ilə xəstəxanaya çatdırılmışdır.

Digər xəbərlər