PDF Oxu

Dünya

  • 8

Barak Obama 75 ölkəyə gizli surətdə ABŞ-ın xüsusi xidmət dəstəsini göndərib

Barak Obama 75 ölkəyə gizli surətdə ABŞ-ın xüsusi xidmət dəstəsini göndərib
"Tayms" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama ölkənin xüsusi xidmət dəstəsinin dünyanın 75 ölkəsində "Əl-Kaidə" terrorçuluq şəbəkəsinə qarşı mübarizə aparması planını bəyənmişdir. Əvvəllər ABŞ-ın xüsusi xidmət dəstəsi dünyanın təxminən 60 ölkəsində gizli fəaliyyət göstərirdi. Bu dəstə "Əl-Kaidə"nin mövqeləri möhkəm olan Şərqi Afrika, Yəmən və Mərkəzi Asiya ölkələrində iş aparmaqdadır. Ancaq dəstənin fəaliyyət göstərdiyi digər ölkələrin adları açıqlanmır.
Məxfi əməliyyatların fəaliyyət dairəsinin genişlənməsi ilə əlaqədar ABŞ-ın müdafiə naziri Robert Geyts yaxın 5 il ərzində rəhbərlik etdiyi təşkilatın büdcəsindən 100 milyon dollar ayrılması haqda göstəriş vermişdir. Dəstə 2009-cu ilin sentyabrından fəaliyyətə başlamışdır.
Hazırda ABŞ-ın hüdudlarından kənarda 13 min nəfər dəstə üzvü məxfi surətdə fəaliyyət göstərir. Onlardan 9 min nəfəri Əfqanıstan və Pakistanda işləyir. Son vaxtlar ABŞ "Əl-Kaidə"yə qarşı mübarizədə uğur qazanmağa başlamışdır.

Digər xəbərlər