PDF Oxu

Dünya

  • 9

Türkiyə İsraili hərbi və ticarət razılaşmalarını pozacağı ilə hədələyib

Türkiyə İsraili hərbi və ticarət razılaşmalarını pozacağı ilə hədələyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyə İsraillə ticarət, hərbi və energetik sahələrdəki əməkdaşlığını dayandıracağı haqda məlumat vermişdir. Ankara bunun baş verməməsi üçün İsrail rəhbərliyindən tələb edir ki, mayın 31-də Türkiyənin humanitar yardımla dolu olan gəmiyə hücum etdiyinə görə üzr istəsin.
İyunun 7-də İstanbulda Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Yığıncaq (AQETY) keçirilmişdir. Yığıncaqda İsrailin "Azadlıq Donanması" gəmisinə hücumu məsələsi müzakirə ediləcəkdir. Yığıncaqda 9 AQETY ölkəsi iştirak etmişdir. Təşkilatın üzvü olan İsrail yığıncağa nümayəndə göndərməmişdir.
Məlum olduğu kimi, "Azadlıq Donanması" gəmisinə hücum zamanı 9 nəfər həlak olmuş, 30 nəfərdən çox adam yaralanmışdır. Ölənlərin və yaralananların əksəriyyəti Türkiyə vətəndaşları olmuşdur. Ekspedisiyada 600 nəfərdən çox Avropa və ərəb ölkələrinin hüquq müdafiəçiləri iştirak etmişlər.

Digər xəbərlər