PDF Oxu

Dünya

  • 10

Əbu-Dabidə 14,4 milyard dollar oğurluğunun qarşısı alınıb

Əbu-Dabidə 14,4 milyard dollar oğurluğunun qarşısı alınıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Əbu-Dabi polisi Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankından 14,4 milyard dollar oğurlanması cəhdinin qarşısını almışdır. Polisin məlumatına görə, baş tutmamış cinayətin təşkilatçıları üç İran vətəndaşı olmuşdur. Adı Fərzin Əli Qəraryan Mütləq olan birinci şəxs cinayət qrupunun başçısı olmuşdur. Hazırda o, İranda gizlənir. Digər iki cinayətkər Əbu- Dabi polisi tərəfindən həbs edilmişdir. Cinayətkar qrupun başlıca məqsədi saxta sənədlərdən istifadə edərək, guya BƏƏ-yə Almaniyadan köçürülmüş 14,4 milyard dolları İrandakı başçılarının adına keçirmək olmuşdur. Polisin məlumatına görə, yalnız 2009-cu ildə Mütləq dörd uğursuz bank əməliyyatı keçirmişdir. Bu əməliyyatların baş tutacağı təqdirdə, o, 66 milyard dollardan artıq pul qazanacaqdı. Bu şəxs başqa bir cinayətə görə İnterpol tərəfindən axtarılır.

Digər xəbərlər