PDF Oxu

Dünya

  • 15

Cənubi Koreya və ABŞ birgə sualtı gəmi təlimlərini təxirə salıb

Cənubi Koreya və ABŞ birgə sualtı gəmi təlimlərini təxirə salıb
"Frans Press" informasiya agentliyinin iyunun 4-də yaydığı məlumata görə, ABŞ və Cənubi Koreya Sarı dənizdə birgə keçirməyi planlaşdırdıqları sualtı gəmi təlimlərini iyunun axırları və iyulun əvvəllərinədək təxirə salıblar.
Cənubi Koreya müdafiə nazirinin müavini Çan Qvan İl təlimin gecikməsi ABŞ hərbçilərinin günahları ucbatından baş verdiyini bildirmişdir. Onun dediyinə görə, onlar daha iki-üç həftə ərzində hazırlıq təlimləri keçirmək istəyirlər. "Vioce of America" qəzetinin yazdığına görə, Pentaqon gecikmənin səbəbləri haqda şərh verməkdən imtina etmiş, ancaq Cənubi Koreyaya aviadaşıyıcı göndəriləcəyi haqqında məlumatı təkzib etmişdir.
ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin məqsədi "Çxonan" Cənubi Koreya gəmisinin suya batırılmasından sonra öz hərbi gücünü nümayiş etdirmək olmuşdur. Seul sualtı korvetin Şimali Koreya tərəfindən batırıldığını bəyan etmişdi. Sonralar orada təhqiqat aparan beynəlxalq komissiya da eyni nəticəyə gəlmişdi. Şimali Koreya, içərisində 40-dək dənizçinin olduğu "Çxonan" gəmisini batırdığı haqqında məlumatı təkzib etmişdir.
Seul və Pxenyan arasında yaranmış konflikt nəticəsində tərəflərin bir-birilərinə hücum etməmələri haqqındakı bir neçə razılaşmalar ləğv edilmişdir. Şimali Koreya Pxenyanı xəbərdar etmişdir ki, ərazi sularına keçən hər bir gəmiyə hücum ediləcəkdir.

Digər xəbərlər