PDF Oxu

Dünya

  • 15

Banqladeşdə baş vermiş yanğında 85 nəfər həlak olub

Banqladeşdə baş vermiş yanğında 85 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Banqladeşin paytaxtı Dakka şəhərində baş vermiş yanğın nəticəsində 85 nəfər həlak olmuşdur. Dakka polis idarəsinin rəisi A.K.M.Şahidul Haq agentliyə belə bir məlumat vermişdir ki, xilasedicilik əməliyyatı zamanı həlak olanların cəsədləri yerli xəstəxanalara aparılmışdır. Bir qədər əvvəl, yerli telekanallar yanğın zamanı 76 nəfərin öldüyünü bildirirdilər. Şəhərin yanğın əleyhinə idarə başçısı Əbu Nayimin dediyinə görə, həlak olanların çoxluğunun səbəbi yanğın baş vermiş binanın damlarından birində toy mərasiminin keçirilməsi olmuşdur. Əvvəl, o, ölənlərin sayının 100 nəfəri aşdığını bildirmişdi. Yanğın xidmətinin nümayəndəsi Nəzrul islamın dediyinə görə, Dakkada yanğın iyunun 3-də şəhərin köhnə hissəsində yerləşən üçmərtəbəli binalardan birinin yaxınlığında yerləşən transformatorun partlamasından sonra baş vermişdir. lATN Banqla" telekanalının məlumatına görə, yanğın 20-yə yaxın çoxmənzilli binaya xəsarət yetirmişdir. Nəzrul İslamın dediyinə görə, yanğını söndürmək mümkün olmuşdur.

Digər xəbərlər