PDF Oxu

Dünya

  • 12

Timoşenko Ukraynada humanitar fəlakətin olduğunu bəyan edib

Timoşenko Ukraynada humanitar fəlakətin olduğunu bəyan edib
YTB-nin lideri Yuliya Timoşenko prezident Viktor Yanukoviçin ilk yüz gününü necə gördüyünü bəyan etmişdir. Onun dediyinə görə, bu vaxt ərzində Ukraynada heç bir müsbət dəyişiklik müşahidə edilməmişdir. lÖtən vaxt ərzində, ölkədə xalq üçün qiymətli olan humanitar fəlakət yaranmışdır. Dövlətimizin inkişafı üçün münasib olan hər bir şeyin dəyəri ya aşağı salınmış, ya da sıfır həddinə endirilmişdir" deyə Y.Timoşenko öz fikirlərini bölüşmüşdür. YTB lideri belə hesab edir ki, yeni hökumət Ukrayna dövlətçiliyini məhv edir. Y.Timoşenko V.Yanukoviçin məhkəmə sistemində aparacağı islahatlara məhkəmələrin müstəqillikdən məhrum edilməsi kimi yanaşır. Onun fikrincə, yeni hökumətin iqtisadi sahədə aparacağı islahatlar şəxsi mülkiyyətçiliyə çevriləcək, ölkə daxilindəki sabitlik isə opponentlərin təmizlənməsi ilə nəticələnəcəkdir. Y.Timoşenko V.Yanukoviçi seçkiönü sosial vədlərini yerinə yetirmədiyini və qadınların pensiya yaşının qaldırılması ilə onları kişilərlə bərabərləşdiyini bildirmişdir. lBu yüz gün ölkəyə çox bəlalar gətirmişdir" deyə Y.Timoşenko şərh etmişdir. İyunun 3-də V.Yanukoviç prezidentliyinin yüz gününün başa çatması ilə əlaqədar gələcək planlarını şərh etmiş və ölkənin gələcək perspektivlərinin daha da yaxşılaşacağını bildirmişdir. Xatırladırıq ki, hazırki Ukrayna prezidenti cari ilin 25 fevralında prezident andı içmişdir.

Digər xəbərlər