PDF Oxu

Dünya

  • 24

İsrail "Azadlıq Donanması"ndakı sərnişinləri azadlığa buraxıb

İsrail "Azadlıq Donanması"ndakı sərnişinləri azadlığa buraxıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin "Azadlıq Donanması"nda həbs etdiyi xarici ölkə fəallarının hamısı azadlığa buraxılmışdır. Onlar hissə-hissə öz vətənlərinə göndərilirlər.
İlk qrupda 204 nəfər Türkiyə vətəndaşı yola düşmək üçün Ben-Quron aeroportuna gətirilmişdir. Türkiyə onların gətirilməsi üçün üç təyyarə göndərməyi vəd etmişdi. 17 nəfər Türkiyə yaralısı vertolyotlar vasitəsi ilə Qırmızı Aypara Cəmiyyətinə çatdırılacaqlar. Daha 126 nəfər İsraillə qonşu olan İordaniyaya göndərilmişdir. Onların arasında 30 nəfər İordaniya fəalı olmuşdur. Əksəriyyətini ərəb fəalları təşkil edən "Mavi Mərmərə" humanitarçıları Bəhreyn, Küveyt, Mərakeş, Suriya və digər ölkələrə göndərilmişlər. "İTAR-TASS"-ın məlumatına görə, bir müddət əvvəl, 250 nəfər "Azadlıq Donanması" fəalı İsraili tərk etmişdi. Gəmidə qarşıdurma zamanı həlak olmuş 9 nəfərin cəsədi Təl-Əviv yaxınlığındakı tibbi-məhkəmə institutunda saxlanılır.
İsrail hərbçiləri tərəfindən "Azadlıq Donanması"nın 682 fəalı həbs edilmişdi. Onlar İsrailin blokadasını yararaq, Qəzza bölgəsinə humanitar yük aparırdılar. Mayın 31-də İsrail hökuməti neytral sularda üzən "Mavi Mərmərə"nin üzərinə iki hərbi gəmi göndərmişdir. Onların vəzifəsi humanitar yükləri boşaldıb, BMT kanalı ilə Qəzza bölgəsinə göndərmək idi. Burada məlum insident baş vermişdir.
Mayın 3-də BMT-nin baş katibi Pan Gi Mun İsrailə Qəzza bölgəsinin blokadasını götürməyi tələb etmişdir. BMT-nin Təhlükəsizlik Şurası xüsusi komissiya yaradaraq, hadisənin təhqiqatını aparmağı təklif etmişdir. ABŞ nümayəndələri bu təklifi qəbul etmədiklərini bildirmiş və İsrail hökumətinin özünün təhqiqat aparmasını münasib bildiklərini bəyan etmişlər.

Digər xəbərlər