PDF Oxu

Dünya

  • 10

Qorbaçov Kalininqradın statusu haqda Almaniya ilə danışıqların şayiə olduğunu bildirib

Qorbaçov Kalininqradın statusu haqda Almaniya ilə danışıqların şayiə olduğunu bildirib
SSRİ-nin birinci və axırıncı prezidenti Mixail Qorbaçov "Şpigel" qəzetinin dərc etdiyi məlumatı təkzib etmişdir. Qəzet yazırdı ki, 1990-cı ilin yayında Sovet İttifaqı rəhbərliyi ilə Almaniya arasında Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikasının birləşdirilməsi haqda danışıqlar aparılarkən, SSRİ nümayəndələri keçmiş Şərqi Prussiya və ya Kalininqrad vilayətinin statusunu da müzakirə etməyə hazır olduqlarını bildirirdilər. M.Qorbaçov "Nezavisimaya qazeta"ya verdiyi müsahibəsində "Şpigel"in elektron versiyasının əldə əsas olmadan sensasiya yaratmaq naminə ortaya "ölü pişik" atmasını, yəni olmayan bir hadisəni SSRİ rəhbərliyi adına çıxmasını tənqid atəşinə tutmuşdur. "Şpigel"in yazdığına görə, qəzet əməkdaşları 1990-cı ilin 2 iyulunda Moskvadakı Almaniya səfirliyindən alınan məxfi teleqrama əsaslanırlar. Teleqramda yazılır ki, haqqında söhbət gedən status məsələsini general-mayor Geliy Batenin təklif etmişdir.

Digər xəbərlər