PDF Oxu

Dünya

  • 16

Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri istefa verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 2-də Yaponiyanın baş naziri Yukio Xatoyama başçılıq etdiyi Yaponiya Demokratik Partiyasının (YDP) rəhbərliyinə istefaya çıxmaq istədiyini bəyan etmişdir. O öz addımını, ABŞ-ın Okinava adasındakı Futenme hərbi aviasiya bazasını çıxaracağı haqda seçkiönü vədini yerinə yetirmədiyi üçün xalqın etimadsızlığı ilə əlaqələndirmişdir. Baş nazirin bəyanatı iyunun 2-də parlamentin hər iki palatasının yığıncağında müzakirə edilmişdir. Y.Xatoyama Yaponiyanın baş naziri postuna 2009-cu ilin sentyabrında seçilmişdir. O vaxt onu seçicilərin 70 faizi dəstəkləyirdi. Ötən 9 ay ərzində baş nazirin reytinqi 70 faizdən 20 faizə enmişdir. Y.Xatoyama 2009-cu ilin noyabrında ABŞ prezidenti Barak Obama ilə apardığı danışıqlarda xalqa verdiyi vədinə xilaf çıxacaq qərar qəbul etmişdir. Nəticədə, mayın 28-də ABŞ aviabazası adanın başqa bölgəsinə göndərilmişdir. Bu qərarından sonra, bəzi iqtidar nümayəndələrində, Y.Xatoyamaya münasibətdə radikal dəyişikliklər müşahidə edilmişdir. Bu da baş nazirin iqtidar koalisiyasının dəstəyindən məhrum olması ilə nəticələnmişdir.

Digər xəbərlər