PDF Oxu

Dünya

  • 11

Azarov rüşvət almış nazir müavinini işdən çıxarıb

Azarov rüşvət almış nazir müavinini işdən çıxarıb
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna hökuməti təbiəti mühafizə nazirinin müavini Boqdan Presnerin tutduğu vəzifədən azad edilməsi üçün qərar qəbul etmişdir. Bir gün əvvəl, müvafiq orqanlar onu rüşvət alarkən həbs etmişdilər. Ukraynanın baş naziri Nikolay Azarovun dediyinə görə, məmur həbs edildiyi gün "dövləti xidmət andını pozduğuna görə tutduğu vəzifədən azad edilmişdir." Baş nazir belə hesab edir ki, bu insident digər nazirlərə ibrət dərsi olacaqdır. "Etiraf etməliyik ki, ciddi kadr səhvləri ilə üzləşmişik" deyə N.Azarov bildirmiş və rüşvətxorları heç kəsin müdafiə etməyəcəyini vurğulamışdır. B.Presner iyunun 1-də rüşvət alarkən yaxalanmışdır. Deyilənə görə, o, kimisə nəzarəti altında olan nazirliyin vilayət idarəsi vəzifəsinə təyin etmək üçün rüşvət alırmış.

Digər xəbərlər