PDF Oxu

Dünya

  • 10

YTB-nin üç üzvü iqtidar koalisiyasına keçib

YTB-nin üç üzvü iqtidar koalisiyasına keçib
"UNİAN" informasiya agentliyinin iyunun 1-də yaydığı məlumata görə, Ukrayna Ali Radasının üç deputatı Yuliya Timoşenko Blokunu tərk edərək, "Sabitlik və İslahatlar" iqtidar koalisiyasına keçmişdir. Jurnalistlər öyrənmişlər ki, bu deputatlar Andrey Verevski, İvan Denkoviç və Aleksandr Şepelev olmuşdur. Ali Radanın spikeri Vladimir Litvin mayın 31-də bir neçə deputatın iqtidar koalisiyasına seçmək məqsədi ilə ərizə yazdıqlarını bildirmişdi. Analitiklər belə bir ehtimal irəli sürürlər ki, Yuri Qrımçak da müxalifəti tərk edənlər sırasında olmalıdır. Bu şəxs aprelin 27-də parlamentdə baş vermiş intizam pozğunluğunda şübhəli bilinirdi. "Sabitlik və İslahatlar" iqtidar koalisiyası mayın 11-də Viktor Yanukoviçin Ukrayna prezidenti seçilməsindən sonra yaranmışdır. O vaxtdan etibarən Y.Timoşenkonun 15 tərəfdarı bu koalisiyaya keçmişdir.

Digər xəbərlər