PDF Oxu

Dünya

  • 16

Kolumbiya prezidenti ikinci turda seçiləcək

Kolumbiya prezidenti ikinci turda seçiləcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 30-da keçirilən Kolumbiya prezidenti seçkilərinin birinci turunda qalib gəlmək üçün namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişlər. İyunun 20-də keçirilməsi nəzərdə tutulan seçkilərin ikinci turunda daha çox seçici səsi toplamış iki namizəd mübarizə aparacaqdır. Onların adları məlumdur: keçmiş müdafiə naziri Xuan Manuel Santos və Boqotanın keçmiş meri Antanas Mokus. 100 faizə yaxın bülletenlərin nəticələri üzə çıxarıldıqdan sonra, Santosun 46,6, Mokusun isə 21,5 faiz səs qazandığı məlum olmuşdur. Xuan Manuel Santosun namizədliyini Milli Birlik Sosial Partiyası və iqtidarda olan prezident Alvaro Uribe irəli sürmüşdür. Antans Mokus Yaşıllar Partiyasını təmsil edir. Bülletenlərə 9 namizədin soyadı yazılmışdı. İqtidarda olan prezident A.Uribe bu postu iki dəfə tutduğu üçün üçüncü müddətə seçilmək hüququ olmadığından öz namizədliyini irəli sürməmişdir.

Digər xəbərlər