PDF Oxu

Dünya

  • 15

Obama Meksika ilə sərhədi möhkəmləndirmək istəyir

Obama Meksika ilə sərhədi möhkəmləndirmək istəyir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Meksika ilə sərhədi möhkəmləndirmək tapşırığı verib. Tezliklə ABŞ-la Meksika sərhədinə əlavə 1200 nəfər milli qvardiya hərbi qulluqçusu göndəriləcəkdir. B.Obamanın təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Consun dediyinə görə, qvardiyaçılar sərhəddə narkotik maddələrin qarşısını almaq üçün kəşfiyyat fəaliyyəti ilə məşğul olacaqlar. Bəzi məlumatlara görə, milli qvardiyaçılar yardımçı rol oynayacaq, başlıca işləri isə sərhədçilər yerinə yetirəcəklər. Yaxın günlərdə B.Obama Konqresdən əlavə vəsait ayrılmasını xahiş edəcəkdir. Bu vəsait Meksika ilə sərhəddə qeyri-leqal mühacir axınının qarşısının alınmasına yönəldiləcəkdir. Vaşinqtondakı mənbənin məlumatına görə, B.Obama Konqresdən yarım milyard dollar vəsait tələb edəcəkdir. B.Obamanın Meksika ilə sərhədi möhkəmləndirmək istəyi Respublikaçılar Partiyasının senatorları ilə görüşdükdən sonra yaranmışdır. Söhbətin başlıca mövzusu çoxdan gözlənilən mühacirət islahatlarının aparılması olmuşdur. Xatırladırıq ki, B.Obama seçkiönü kampaniyası zamanı respublikaçıların mühacirət məsələləri ilə əlaqədar vədlərinə əməl edəcəyini bildirmişdi. Respublikaçılar isə Meksika ilə sərhəddə nəzarətin gücləndirilməsi haqda çoxdan məsələ qaldırırdılar. Arizonalı senator Con Makkeyn prezident seçkilərində özünün keçmiş rəqibi B.Obamanın bu yöndəki qərarını alqışlasa da, bu cür qərarla kifayət qədər çox iş görməyin mümkün olmayacağını bildirmişdir. Onun fikrincə, Meksika ilə sərhədi möhkəmləndirmək üçün beş dəfə çox hərbçi göndərmək lazımdır.

Digər xəbərlər