PDF Oxu

Dünya

  • 15

Seul Pxenyanın sualtı qayığına hücum etməyə hazırlaşır

Seul Pxenyanın sualtı qayığına hücum etməyə hazırlaşır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın hərbi-dəniz qüvvələri Sarı dənizdə genişmiqyaslı sualtı qayıq əməliyyatına başlamışdır. Hərbi manevrlərə on sualtı qayıq qoşulmuşdur. Bundan əlavə, 3 patrul karteri və bir esmines əməliyyatın gedişini izləyir. Manevrlər 24 saat davam etmiş və suların dərinliyində partlayan minaların gücü yoxlanmışdır. Əməliyyat "Çxonan" Cənubi Koreya gəmisinin batırıldığı yerin təxminən 160 kilometrliyində keçirilmişdir. Pxenyana məxsus "Çxonan" gəmisi bu il martın 26-da Sarı dənizdə Şimali Koreya dənizçiləri tərəfindən batırılmış və bu hadisə iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Gəmidə olan 104 nəfərin 46 nəfəri həlak olmuşdur. Beynəlxalq komissiya insidentin təhqiqatını aparır. Həftənin əvvəlində Seul Pxenyana münasibətdə sanksiya tətbiq etmişdi. Mayın 26-da Pxenyan Cənubi Koreya ilə münasibətləri pozduğu haqda bəyanat vermişdir. Hər iki ölkə quru, dəniz və hava sərhədlərini qapamışdır.

Digər xəbərlər