PDF Oxu

Dünya

  • 12

Stavropol xəstəxanalarında 30-dək yaralı qalıb

Stavropol xəstəxanalarında 30-dək yaralı qalıb
"İnterfaks" informasiya agentliyinin mayın 27-də yaydığı məlumata görə, Stavropol xəstəxanalarında 30 nəfərədək xəstə qalmaqdadır. Mayın 26-da şəhərin hakimiyyət dairələri 44 nəfərin yaralanması haqda məlumat vermişlər. Partlayış nəticəsində 6 nəfərin həlak olduğu bildirilir. Onların arasında 12 yaşlı bir qız uşağı da var. Həkimlərin dediklərinə görə, yaralıların 26 nəfərinin vəziyyəti ağır, 4 nəfərininki orta ağırdır, bir nəfəri isə özünü yaxşı hiss edir. RİA "Novosti"nin xilasetmə xidmətinə əsaslanaraq, verdiyi məlumata görə, mayın 27-də xəstəxanada 33 nəfər yaralı qalmışdı. Mayın 26-da yerli vaxtla saat 18.45 dəqiqədə Stavropol mədəniyyət və idman evi yaxınlığında "Vaynax" Çeçenistan rəqs ansamblının çıxışa başlaması anında güclü partlayış baş vermişdir. Hakimiyyət dairələrinin məlumatlarına görə, partlayıcı qurğu şirə qutusuna yerləşdirilmişdi. O, taymerlə və ya radioidarəedici qurğu ilə işə salınmışdır. Partlayıcı qurğunun gücü 400 qram trotil ekvivalentinə bərabər olmuşdur.

Digər xəbərlər