PDF Oxu

Dünya

  • 11

Ümumdünya Bankı Astanaya 1 milyard dollar ayırıb

Ümumdünya Bankı Astanaya 1 milyard dollar ayırıb
Ümumdünya Bankının mətbuat xidmətinin məlumatına görə, bankın Direktorlar Şurası Qazaxıstanın iqtisadiyyatının tənzimlənməsi üçün bu ölkəyə 1 milyard dollar kredit ayırmışdır. Bank nümayəndələri qeyd etmişdilər ki, göndərilən məbləğ Qazaxıstanın cari iqtisadi siyasəti və islahatlar keçirməsi üçün kifayət edəcəkdir. Qazaxıstan bu krediti 25 il ərzində qaytara bilər. Qazaxıstanın maliyyə naziri Bolat Jamişevin dediyinə görə, Astana bankın ayırdığı krediti 2010-cu ildə ölkənin büdcə defsitinin maliyyələşməsinə yönəldiləcəkdir. 1992-ci ilin iyulunda Ümumdünya Bankı Qazaxıstan üçün 5,2 milyard dollar məbləğində 35 istiqraz təqdim etmişdi. Astanada belə hesab edirlər ki 2010-cu ili ölkə iqtisadiyyatında 2 faiz artım olacaqdır. Qazaxıstanın baş naziri Kərim Məsimov mayda belə bir bəyanat vermişdi ki, 2010-cu ildə 7 faizlik iqtisadi göstəriciyə malik olacaqdır. 2009-cu ildə Qazaxıstanın iqtisadi artımı 1,2 faizə çatmışdır. 2008-ci ildə isə bu göstərici 3,2 faiz həddində olmuşdur.

Digər xəbərlər